Basketbol üzrə İspaniya çempionatında çıxış edən “Xoventud” və “Saraqosa”nın bir neçə oyunçusu koronavirusa yoluxub.

Ölkə mətbuatı bildirir ki, klublar məşqlərə başlamaq üçün testdən keçərkən bu iki komandanın oyunçularında infeksiya aşkarlanıb. Qeyd edək ki, ölkə basketbol liqasının rəhbərliyi 12 komandanın iştirakı ilə mövsümü bir şəhərdə davam etdirməklə bağlı razılıq əldə edib.

Amma bu barədə yekun qərar mayın 31-də qəbul olunacaq. Virusa yoluxanların sayı artsa, mövsümün ləğvi istisna edilmir.